AgentSkillsCN

atis-db-explorer

ATIS 项目专门用于探索 PostgreSQL 数据库并分析数据的实用技能。 借助此技能,我能够在 Docker 环境中连接到 ‘atis_postgres’ 容器,并执行 SQL 查询。

SKILL.md
--- frontmatter
name: atis-db-explorer
description: |
  ATİS proyektinin PostgreSQL verilənlər bazasını araşdırmaq və məlumatları analiz etmək üçün xüsusi bacarıq.
  Bu skill mənə Docker mühitində 'atis_postgres' konteynerinə qoşulub SQL sorğuları icra etməyə imkan verir.
allowed-tools:
  - run_command
  - command_status

ATİS DB Explorer - Verilənlər Bazası Analitiki

🎯 MƏQSƏD

Bu bacarıq proyektin canlı verilənlər bazasını (PostgreSQL) təhlükəsiz şəkildə araşdırmaq, cədvəllərin strukturunu anlamaq və məlumatlar üzərində analiz aparmaq üçündür.


🛠️ İSTİFADƏ QAYDALARI

🚨 VACİB TƏHLÜKƏSİZLİK QAYDASI:

  1. YALNIZ SELECT: Canlı bazada məlumatları dəyişmək (UPDATE, DELETE, DROP, TRUNCATE) qəti qadağandır!
  2. LIMIT: Hər bir sorğuda mütləq LIMIT 100 və ya daha az istifadə edilməlidir ki, sistem yüklənməsin.
  3. READ-ONLY: Yalnız məlumatları oxumaq və təhlil etmək olar.

💻 ƏSAS ƏMRLƏR (Docker vasitəsilə)

1. Cədvəllərin siyahısını görmək:

bash
docker exec atis_postgres psql -U atis_dev_user -d atis_dev -c "\dt"

2. Spesifik bir cədvəlin strukturunu görmək:

bash
docker exec atis_postgres psql -U atis_dev_user -d atis_dev -c "\d {{table_name}}"

3. Məlumatları oxumaq (Analiz üçün):

bash
docker exec atis_postgres psql -U atis_dev_user -d atis_dev -c "SELECT * FROM {{table_name}} ORDER BY created_at DESC LIMIT 10;"

📋 ANALİZ ŞABLONU

Məlumatı aldıqdan sonra istifadəçiyə bu formatda cavab ver:

markdown
📊 DATABASE ANALİZİ:
- Cədvəl: [cədvəl adı]
- Tapılan qeyd sayı: [say]
- Son yenilənmə: [tarix]

💡 MÜŞAHİDƏ:
[Burada bazadakı məlumatların vəziyyəti haqqında qısa texniki şərh yaz]

✅ TƏKLİF:
[Məlumatlara əsasən atılmalı olan növbəti addım]

🦷 TRİGGER SCENARIOS (Nə vaxt istifadə edilir?)

  • İstifadəçi statistik məlumat soruşduqda (məs: "Nə qədər müəllim qeydiyyatdan keçib?").
  • Bir xətanın izini bazada axtararkən (məs: "Niyə istifadəçi profilini görə bilmir?").
  • Yeni funksiya əlavə etdikdən sonra məlumatların düzgün yazıldığını yoxlayarkən.

🗣️ LÜĞƏT (Terms)

  • Schema -> Struktur/Ssxem
  • Query -> Sorğu
  • Record/Row -> Sətir/Yazı
  • Column/Field -> Sütun/Sahə
  • Constraint -> Məhdudiyyət